AZ

DİQQƏT: İlan sancmasından qorunmağın tək yolu budur

"Yay vaxtı insanlar daha fəal olduqları və ilanların olduğu ərazilərə tez-tez girdikləri üçün ilan sancmaları son zamanlarda artıb. Abşeron yarımadasında, xüsusən Bakı ətrafı ərazilərdə ilanların artıq yaşamaq üçün əlverişli yeri azalıb. Buna görə də onlar başqa əlverişli yer axtarmaq üçün səpələnir, insan yaşayan yerlərə gəlib çıxırlar".

Bunu Demokrat.az-a açıqlamasında zooloq Təvəkkül İskəndərov deyib.

O, bildirib ki, bu hal ilanların artıb, çoxalması deyil, onlar sadəcə öz sığınmaq üçün tapdıqları lokal və kiçik ərazidən məhrum olurlar və insan yaşayışı olmayan kiçik bir ərazini belə özlərinə sığınacaq bilib ora sıxışırlar:

"İlan sancmalarına qarşı görüləcək yeganə tədbir insanların belə yerlərdə gəzərkən daha ehtiyatlı olmalarıdır. Yerə düşmüş əşyaları qaldırmaq üçün öncədən nəzərə almaq lazımdır ki, onun altında sərinlənmək üçün durub gizlənmiş ilan olmuş olar. Tədbir ancaq insanın özünün ehtiyatlı olmağından asılıdı. 
Qaldı ki, şəhərin mərkəzində ilanla rastlaşma, şəhərin mərkəz hissəsi ilanların yaşayışı üçün imkan olmayan yerlərdir, onlar belə ərazilərdə yaşamır. Bu ərazilərdə ilana rast gəlmə tamamilə təsadüfi gətirilmə hallarında mümkün ola bilər".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
32
demokrat.az

1Mənbələr