AZ

Sabiq prokuror vəfat etdi

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.



Xəbər 2 dəfə oxunub.
Seçilən
21
12
xezernews.az

10Mənbələr