AZ

Litvanın baş naziri baş nazir və partiya sədri vəzifəsindən istefa verib

Litvanın baş naziri Gintautas Paluckas həm hökumət başçısı, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəlib. Bu barədə iyulun 31-də yerli KİV məlumat yayıb. Bu məlumatı daha sonra Litva Prezidenti Gitanas Nauseda təsdiqlədi və bildirdi ki, Paluckas qərarını ona şəxsən bildirmişdir:

"Bugünkü xəbər ondan ibarətdir ki, Paluckas bu səhər zəng edib və istefasını elan edib", - dövlət başçısı bildirib.

Paluckas həm də Litva Sosial Demokrat Partiyasının sədri postunu tərk edir. Partiyanın rəhbərliyi Paluckasın keçmiş birinci müavini, Jonava bölgəsinin meri Mindauqas Sinkeviçiusa keçir. İyulun 31-də yayımlanan rəsmi bəyanatda Gintautas Paluckas hər iki vəzifədən getdiyini təsdiqləyib:

"Təxminən bir saat əvvəl mən prezidentə baş nazir vəzifəsindən istefa vermək qərarına gəldiyimi bildirdim. "Yaxın vaxtlarda rəsmi prosedura başlanılacaq", - Paluckas açıqlamasında bildirib.

O, həmçinin qeyd edib: “Partiya başqanı vəzifəsindən istefa vermək qərarına gəldim”.

Palukkas bəyanatında koalisiya tərəfdaşlarına, hökumət komandasının üzvlərinə və prezident Nausedaya göstərdikləri etimada və birgə fəaliyyətə görə minnətdarlığını bildirib. O, ailəsinə xüsusi təşəkkürünü bildirib:

"O, mənim dəstəyim, təşviqim, güc mənbəyim idi."

Qərarının səbəblərini şərh edərkən, ailəsinin düşdüyü vəziyyətə dözə bilməyəcəyini qeyd etdi:

"Hücumların sərhədləri aşan, həyat yoldaşıma və ailəmə təsir etdiyini görürəm. Onların bu söz-söhbətin girovuna çevrilməsinə icazə verə bilmərəm."

Əziz MUSTAFA

Seçilən
8
oxumeni.az

1Mənbələr