AZ

“Selta” Brayan Saraqosanı “Bayern”dən icarəyə götürdü

“Selta” 23 yaşlı ispan sol cinah hücumçusu Brayan Saraqosanı “Bayern”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Selta”nın mətbuat xidmətinə istinadən məlumat veirr.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Keçid Viqo təmsilçisinə 1 milyon avro məbləğ müqabilində başa gəlib.

Brayan Saraqosa “Qranada”nın məzunudur. Hücumçu, karyerası ərzində “El-Exido” (icarə), “Bayern” və “Osasuna”da (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Saraqosa icarə əsasında çıxış etdiyi “Osasuna” üçün 28 oyuna 1 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Brayan Saraqosa 2023-cü ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyuna 1 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
arena.az

1Mənbələr