AZ

Oliqarx məhkəmədə bankirə QALİB GƏLDİ – 855 min manat TƏZMİNAT

Rusiyalı oliqarx məhkəmədə bankirə qalib gəlib. 

İnterpress.az xəbər veir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Oliqarx Deripaska Reutov Məhkəməsində bankir Tinkovdan 40 milyon rubl (təxm. 855 min man.) təzminat udub. Hamısı Instagram-da təhqiramiz şərhlərə görə

Bütün bunlar Instagram-da təhqiramiz şərhlərə görə baş verib, hansı ki, Deripaska onları oxuyanda “yuxusuzluqdan və sağlamlıq problemlərindən əziyyət çəkib”.

Bu, artıq milyarder Oleqlər arasında məhkəmə çəkişmələrinin ikinci mərhələsidir.

Krasnodar diyarının Ust-Labinsk məhkəməsinin Oleq Tinkovdan 20 milyon rubl (təxm. 416 min man.) alınması ilə bağlı ilk qərarı Tinkovun şikayəti əsasında Ali Məhkəmə tərəfindən ləğv edilib.

Buna səbəb Oleq Deripaskanın yanlış orqana müraciət etməsidir. Nəticədə iş baxılması üçün Reutov Məhkəməsinə göndərilib.

Hər şey Tinkovun “Instagram”dakı paylaşımının altındakı şərhi ilə başlayıb.

Abunəçilərdən biri biznesmeni Deripaska və Mərkəzi Bankın rəhbəri Nabiullina ilə eyni səviyyəyə qoyanda Tinkov belə cavab verib:

“Ancaq Deripaska oliqarx və oğrudur, mən isə vicdanlı iş adamıyam”.

Deripaska böhtan xarakterli məlumatların silinməsini və təkzib edilməsini, həmçinin Tinkovdan mənəvi ziyana görə bir milyard rubl, nüfuzuna dəymiş ziyana görə isə daha bir milyard rubl tələb edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
26
interpress.az

1Mənbələr