ABŞ prezidenti Donald Trampın Braziliya məhsullarına tətbiq etdiyi yeni 50%-lik rüsumlar ABŞ-də qəhvə qiymətlərinin artmasına səbəb ola bilər, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ ölkədə istehlak edilən bütün qəhvənin yalnız 1%-ni istehsal edir. Arabika Amerika bazarının 35-40%-ni təşkil edir və onun istehsalında lider Braziliyadır.
İyulun 30-da Tramp Braziliya idxalına tətbiq edilən rüsumları 50%-ə qaldırıb. Ağ Evin məlumatına görə, ölkə hakimiyyəti Amerika şirkətlərinə təzyiq edir, senzura və məlumat ötürülməsini tələb edir ki, bu da ABŞ biznesinə ziyan vurur və Vaşinqtonun insan haqları və seçkilər sahəsində siyasətinə xələl gətirir. Braziliya prezidenti Luis İnasio Lula da Silva da öz növbəsində bildirib ki, ölkə Vaşinqtonu əvəz edəcək yeni ticarət tərəfdaşları axtarmağa hazırdır.