“İnter”in müdafiəçisi Yann Bisseki karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Kristal Pelas”la razılığa gəlib. 24 yaşlı futbolçu üçün Premyer Liqa klubu 30 milyon avrodan çox ödəməyə hazırdır.
“İnter” daha əvvəl “Vest Hem”in 20 milyon avroluq təklifini rədd edib.
Bissek ötən mövsüm 46 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.