Bakı. Trend:
6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrəmüsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsihəyata keçiriləcək.
Trendxəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumatyayıb.
"Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanındaümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrəminimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərənnamizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraqvakansiya seçimi edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerəyerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqəninnövbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmışsualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış olabilərsiniz", - deyə məlumatda qeyd edilib.