Hindistanın dövlət nəzarətindəki “Hindustan Petroleum Corp.”, “Bharat Petroleum Corp.”, “Mangalore Refinery Petrochemical” şirkətlərinə məxsus neft emalı müəssisələri ötən həftədən etibarən Rusiyadan neft alışını dayandırıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu addım ABŞ prezidenti Donald Trampın çağırışına uyğun olaraq atılıb.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev rəhbəri Rusiya neftinin idxalını həyata keçirən ölkələrə xəbərdarlıq edib.