“Barselona”nın cinah oyunçusu Lamin Yamal diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, məşq zamanı vurduğu qolu komandanın yeni hücumçusu Markus Raşfordun üslubunda qeyd edib. Onun bu jesti sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Xatırladaq ki, Kataloniya klubu Raşfordun “Mançester Yunayted”dən icarə əsasında heyətinə qatıb. İngiltərə millisinin üzvü ilə müqavilə 2025/26 mövsümünün sonunadək qüvvədədir və futbolçunun satınalma hüququnu da nəzərdə tutur.