“Minsk Qərb ölkələri ilə istənilən danışıqlara, o cümlədən miqrasiya siyasəti ilə bağlı müzakirələrə açıqdır”.
Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, bir neçə il əvvəl Belarus faktiki olaraq Avropa İttifaqı (Aİ) ölkələrini miqrantların hücumlarından qoruyub:
"Onlar (Avropa İttifaqı) bizə qarşı tamamilə əsassız və qeyri-qanuni sanksiyalar tətbiq etdilər. Mən də açıq dedim: Boynuma ilgək taxsanız belə, mən sizi bir daha qorumayacağam. Üstəlik, siz miqrasiya siyasəti ilə bağlı bizimlə bütün əlaqələri kəsdiniz", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az