UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və "Şkendiya" klubları arasında keçiriləcək oyunların hakimləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Skopye şəhərindəki matç slovakiyalı, Bakıdakı cavab oyunu isə niderlandlı hakimlər briqadasına tapşırılıb.

"Qarabağ"ın avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda keçirəcəyi ilk görüşün baş hakimi İvan Krujlyak olacaq. Ona Branislav Hançko və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mihal Oçenaş, AVAR hakimi isə Boris Marhefka olacaq.

Avqustun 12-də Bakıdakı qarşılaşmanı isə Danni Makkeli idarə edəcək. Köməkçilər Hessel Steeqstra və Yan de Vris olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaq.