Rusiya Federasiyasının keçmiş prezidenti Dmitri Medvedev, Trampın “ağzını toplasın” sözlərinə cavab olaraq, Sovet dövründən qalma “Ölü əl” adlı avtomatik nüvə cavab sistemini xatırladıb. Bu sistem Rusiya rəhbərliyi məhv olunsa belə, dünya ölkələrinə nüvə zərbələri endirməyə qadirdir.
News24.az-ın məlumatına görə, Medvedev bildirib ki, əgər bir rus siyasətçisinin sözləri ABŞ-ın sabiq prezidentində belə güclü reaksiya doğurursa, bu, Rusiyanın doğru yolda olduğunu göstərir. O, Trampa “ölü əl”in təhlükəsini unutmamağı tövsiyə edib.
Xeyrənsə Piriyeva