AZ

Kikboksçu Tülinin sərxoş halda “Burj baku”dakı davası: “Mənə 5 min ziyan dəyib”

Kikboksçu Tülin Ələkbərovanın restoranda qadını döyməsinin təfərrüatı məlum olub. Hadisə zamanı Tülin Ələkbərova sərxoş olub.

Bizim.Media “Musavat.com”a istinadən xəbər verir ki, hadisə “Burju Baku” restoranında baş verib.

Tülin Sevda adlı tanışı və iki oğlanla restorana istirahət etməyə gəliblər. Tülin spirtli içki qəbul etdikdən sonra halı pisləşib. Tülin Sevda ilə birlikdə sanitar qovşağa gediblər. Tülin içəri daxil olanda Sevda qapıda dayanaraq heç kimin içəri girməsinə icazə verməyib.

Bu zaman sanitar qovşaa gələn Kəmalə adlı xanım içəri daxil olmaq istəyib. Lakin Sevda ona icazə vermədiyi üçün Kəmalə ilə aralarında mübahisə baş verib. Səs-küyə qapını açan Tülin Kəmaləyə yumruq və təpik zərbələri endirib.

Təqsirləndirilən Tülin deyib ki, hadisə zamanı sərxoş olub və Kəmalənin Sevdanı yerə yıxdığını gördüyü üçün ona bir yumruq zərbəsi vurub.

Kəmalə isə ifadəsində deyib ki, hadisə vaxtı Sevda ondan sanitar qovşağa getməməsini istəyib.

Kəmalə bildirib ki, bir neçə dəqiqə gözləsə də sonra vəziyyəti pis olduğu üçün sanitar qovşağa keçmək üçün Sevdanı itələyib. Bu zaman mübahisə yaranıb. Tülin sanitar qovşaqdan çıxaraq ona yumurq zərbələri vurub. Yerə yıxılan zaman isə təpiklə ona zərbələr endirib.

Zərərçəkmiş Kəmalə Tülindən 5 min manat pul tələb edib. Bildirib ki, aldığı xəsarətlərdən sonra da bir müddət də işləmədiyi üçün ona maddi ziyan dəyib. Zərərçəkmiş şəxs Tülindən şikayətçi oldğunu deyib.

Şahid qismində dindirilən restoranın administratoru deyib ki, hadisə zamanı Tülin sərxoş olduğu üçün onu sakitləşdirmək istəyən şəxslərə müqavimət göstərirmiş.

Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisədən sonra Tülin həbs edilib. İki gün həbsdə qaldıqdan sonra onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsi Tülin Ələkbərovanı xuliqanlıqda təqsirli bilib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Bizim.Media

Seçilən
31
3
bizim.media

4Mənbələr