AZ

Zelenski bu ölkənin prezidenti ilə danışdı - Səfərlər barədə razılaşdılar

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz telegram hesabında paylaşım edib.  Paylaşımda deyilir: "Onu 1 iyun seçkilərində qələbə münasibətilə təbrik etdim və uğurlar arzuladım. Ümid edirik ki, Polşa bundan sonra da bizim etibarlı tərəfdaşımız və müttəfiqimiz olaraq qalacaq. Biz Polşanın müharibənin ilk günlərindən  göstərdiyi bütün dəstəyi – hərbi, siyasi və humanitar yardımı yüksək qiymətləndiririk. Bu gecə Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirdi. Bu hücumun nəticələri və cəbhədəki vəziyyət barədə məlumat verdim. Bizim üçün çox vacibdir ki, Polşa Ukraynaya dəstəyini davam etdirsin. Biz yalnız özümüzü deyil, bütün Avropamızı, o cümlədən Polşanı da müdafiə edirik.

Yaxın aylarda baş tutacaq əsas hadisələri müzakirə etdik. İkitərəfli əməkdaşlığın bütün aktual məsələlərini müzakirə edəcəyimiz qarşılıqlı səfərlər barədə razılaşdıq. Mütləq olaraq elə qarşılıqlı fəaliyyət formatlarını müəyyənləşdirəcəyik ki, bu, ölkələrimiz və xalqlarımız üçün real nəticə versin. Birlikdə işləməyə hazır olduğuna və Ukraynaya davamlı dəstək barədə verdiyinə zəmanətə görə Polşaya təşəkkürlər".

Seçilən
8
Ajans.az

1Mənbələr