AZ

Almaniya Fələstinə görə HƏRƏKƏTƏ KEÇİR

Almaniyanın xarici işlər naziri İohann Vodeful bildirib ki, əgər İsrail İordan çayının Qərb sahilini ilhaq edərsə, Almaniya Fələstin dövlətini tanıma prosesini sürətləndirə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nazirin sözlərinə görə, iki dövlətin yaradılması ilə bağlı qərar bu münaqişənin hər iki tərəfində yaşayan insanlar üçün sülh, təhlükəsizlik və ləyaqətli həyat təmin edə biləcək yeganə yoldur.

"Almaniya üçün Fələstin dövlətinin tanınması bu prosesin son mərhələsidir. Lakin belə bir proses artıq başlanmalıdır", - deyə Vadepul vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Kanada, Fransa, Böyük Britaniya və Malta da Fələstini tanımaq niyyətində olduqlarını açıqlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr