AZ

Rusiyanın dövlət nəşri- "RİA Novosti" birbaşa ukraynalıların soyqırımına çağırdı... 

Rusiyanın dövlət təbliğat resursu "RİA Novosti" birbaşa ukraynalıların soyqırımına çağırıb. 
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, iyulun 30-da Rusiya mətbuatı Kirill Strelnikovun Ukrayna sakinlərini qətlə yetirməyə çağıran “Başqa variant yoxdur: Ukraynada heç kim sağ qalmamalıdır” sərlövhəli məqaləsini dərc edib.
 
Öz məqaləsində Strelnikov iddia edir ki, ukraynalılar guya “taleyindən razıdırlar” və “amerikalılar və avropalılar onları “dünyanın ən yaxşı ordusu” adlandırdıqları üçün ölməyə hazırdırlar”.
 
"Əslində Ukrayna əsgərlərini yalnız bir tale gözləyir - təcrübələr üçün amansızcasına öldürülən laboratoriya siçovullarının taleyi", -deyə insanlıq hissini itirmiş Kreml təbliğatçısı bildirib.
 
Müəllif eyni zamanda kinli şəkildə qeyd edir ki, “ölülərin krujevalı qısa tumanlara ehtiyacı yoxdur”.
 
Strelnikov "ukraynalıların əli ilə vuruşan" "Qərbdən gələn ustadlar" haqqında, həmçinin Ukraynanın guya "hərbi poliqona" çevrilməsi ilə bağlı təbliğat tezislərini təkrarlayır.
 
Təbliğatçı Ukrayna Silahlı Qüvvələrinin uğurlarını tanıyan Qərb analitikasını tənqid edir və onları “panegirik” adlandırır.
 
“Əgər biz paralel reallığa keçsək və bütün bunları səmimi həqiqət kimi qəbul etsək, onda bütün Qərb hərbi akademiyalarının artıq “Ukrayna ordusu necə də parlaq döyüşür və qalib gəlir” intizamı üzrə təlim keçirməli olduğunu güman etmək məntiqlidir”, - Strelnikov yazır.
 
Xatırladaq ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə irimiqyaslı raket və pilotsuz təyyarə zərbəsi endirib: 8 nəfər həlak olub, son məlumata görə, 124 insan yaralanıb və bu, yekun rəqəm olmaya bilər.
 
Qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra təxribatçı materiallarına görə "RİA Novosti"nin Azərbaycanda fəlaiyyəti dayandırılıb.
 
S.Laçın
 
Qeyd edək ki, körpələr və hamilə qadın xəstəxanaya yerləşdirilib. Azı 10 uşaq yaralanıb. Beş və səkkiz aylıq uşaqlar hazırda xəstəxanadadır. Körpələrdən biri əməliyyat olunub, onun təhlükəsi yoxdur.
Seçilən
4
moderator.az

1Mənbələr