AZ

İki ulduz futbolçu arasında gərginlik YAŞANDI

Fenerbahçe, hazırlıq matçında evində İtaliyanın Lazio komandası ilə qarşılaşıb və İrfan Can Kahvecinin vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib. Lakin qarşılaşmanın son dəqiqələrində komandanın iki əsas futbolçusu – braziliyalı Fred və faslı hücumçu En-Nesyri arasında gərginlik yaşanıb.

News24.az xəbər verir ki, gərginliyin səbəbi hələ dəqiq bilinməsə də, hadisə zamanı oyunçular arasında sözlü mübahisə olub. Hər iki oyunçunun əsəbiləşməsi üzündən komanda yoldaşları müdaxilə edərək vəziyyəti sakitləşdirməyə çalışıb. Xüsusilə, Sofyan Amrabat vətəndaşı En-Nesyri-ni sakitləşdirmək üçün ciddi səy göstərib.

Qeyd edək ki, Fenerbahçe 6 avqustda Feyenoord ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaq və bu, komandanın son yoxlama oyunu idi.

Xeyrənsə Piriyeva

Seçilən
45
news24.az

1Mənbələr