Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra Moskvaya səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Bildirilib ki, Suriya Müdafiə Nazirliyinin rəhbəri rusiyalı həmkarı Andrey Belousovla görüşəcək.
Qeyd edək ki, Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani də Moskvada səfərdədir.
Daşqın HəsənovMissiya.Az