AZ

Tarixin ən güclü zəlzələləri bu ərazidə olub

Kamçatkadakı zəlzələ dünyanın ən güclü altı yeraltı təkanından biri ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

Bəs ən güclü zəlzələlər harada olub? 

Ən güclü zəlzələ 1960-cı ildə Çilidə 9,5 bal ilə qeydə alınıb və sunami nəticəsində 5700-dən çox insan həlak olub. 1964-cü ildə Alyaskada 9,2 bal gücündə zəlzələ 139 insanın ölümünə səbəb olub. 2004-cü ildə Sumatranı silkələyən 9,1 bal gücündə zəlzələ isə 230 mindən çox insanın həyatına son qoyub və bölgədə böyük maddi zərər yaradıb. 2011-ci ilin Yaponiyada baş verən 9,1 bal gücündə zəlzələ isə Fukusima AES-də qəza ilə nəticələnib, 18 min nəfər həyatını itirib. 1952-ci ildə Kamçatkadakı 9 ballıq zəlzələ isə tarixdə beşinci ən güclü yeraltı təkan olaraq qalır.

Fəsadların tam qiymətləndirilməsi isə aylar davam edə bilər. 

Qeyd edək ki, bu zəlzələlər insan həyatına və iqtisadiyyata ağır zərbələr vurur, buna görə də onların qarşısının alınması və fəsadlarının minimuma endirilməsi üçün davamlı hazırlıq və qabaqlayıcı tədbirlər həyati əhəmiyyət daşıyır.

Asya
Milli.Az

Seçilən
23
milli.az

1Mənbələr