"Beşiktaş"ın yarımmüdafiəçisi Kerem Atakan Kesgin 1-ci Liqa təmsilçisi "Sivasspor"a keçdiyini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib:
"Peşəkar futbolçumuz Kerem Atakan Kesginin son transferi ilə bağlı "Sivasspor"la razılıq əldə olunub. Klubumuza verdiyi töhfələrə görə Kerem Atakan Kesginə təşəkkür edir və bunu ictimaiyyətə hörmətlə təqdim edirik."
2022-2023 mövsümü üçün "Sivasspor"dan "Beşiktaş"a keçən 24 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində ümumilikdə 8 matçda forma geyinib.
Fərid
MİA.AZ