Bakı. Trend:
SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılarüçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətindəmüxtəlif mövzularda interaktiv təlimlər təşkil edilir.
SOCAR-dan Trend-ə bildirilib ki, proqram çərçivəsində peşəkarmütəxəssislər tərəfindən “Vaxtın idarə olunması”, “Emosional zəka”,“Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”,“Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktivtəlimlər keçirilib.
Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavəolaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdivə peşəkar inkişafını hədəfləyir.
Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrupfəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlarəldə edir, təcrübələrini daha da zənginləşdirir, əməkdaşlıq,liderlik, qərarvermə bacarıqlarını inkişaf etdirmək şansı əldəedirlər.
Bütün bunlar iştirakçıların korporativ mədəniyyətəinteqrasiyasını sürətləndirməyə xidmət edir.