
Pandemiyanın başladığı 2020-ci ildən bəri səhnəyə çıxmayan Şebnem Ferah geri dönüş hazırlıqlarına başlayıb. Sonuncu konsertini beş il əvvəl verən sənətçi hazırda Taksimdəki bir studiyada səhnəyə çıxmaq üçün məşqlərini davam etdirir.Son iki il ərzində aldığı astronomik məbləğli konsert təkliflərini rədd edən Ferah, Pentagram qrupunun "tribute" (hörmət) albomu üçün ilk mahnını seçərək musiqiyə qayıdacağının ilk siqnallarını verib.Pərəstişkarlarının tez-tez yazdığı “Artıq səhnəyə çıx” mesajlarına biganə qalmayan Ferahın duet təkliflərini də nəzərdən keçirməyə başladığı bildirilir.Milliyet qəzetinin xəbərinə görə, Ferah sentyabrdan etibarən yavaş-yavaş musiqi səhnəsinə dönəcək. O, səhnə təkliflərini komandası ilə birlikdə qiymətləndirərək ya bu ilin sonuna qədər, ya da gələn il pərəstişkarları ilə yenidən görüşmək üçün konsertlərinə başlayacaq.Ulusum.az
Diqqət Çəkənlər
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Kral VI Məhəmməd: "İki sürətli" Mərakeşə yer yoxdur