Türkiyə hakimiyyəti iyulun 27-də İstanbulda amerikalı müğənni Castin Timberleykin konserti zamanı planlaşdırılan terror hücumunun qarşısının alındığını bildirib.
Operativ Media-nın xəbərinə görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
"Polisin operativ müdaxiləsi nəticəsində təhlükə konsert başlamazdan əvvəl zərərsizləşdirilib. Təhlükəsizliyi minlərlə əməkdaş təmin edib. Onların arasında xüsusi təyinatlılar, terrorla mübarizə bölmələri və mülki geyimli polis əməkdaşları da olub.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda tamaşaçılar girişdə uzun növbələrlə və gecikmələrlə qarşılaşıblar. Buna baxmayaraq, tədbir insidentsiz başa çatıb", – deyə məlumatda qeyd olunur.