AZ

Qəzzada son 24 saatda 101 nəfər ölüb

Qəzzada

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Səhiyyə Nazirliyi son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 101 ölü və 625 yaralı çatdırıldığını açıqlayıb.

Bildirilib ki, İsrail ordusu yanvarın 19-da razılaşdırılmış atəşkəs rejimini pozaraq martın 18-dən bəri başlatdığı hücumlarda 9071 fələstinlini öldürüb, 34853 mülki vətəndaşı yaralayıb.

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 60 239 nəfərə, yaralıların sayı isə 146 894 nəfərə çatıb.

Qəzza zolağında hələ minlərlə ölünün dağıntılar altında qaldığı bildirilir.

İsrail və ABŞ-nin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondunun humanitar yardım adı altında qurduğu paylama bölgələrində fələstinliləri hədəf alan sistematik hücumlar nəticəsində mayın 27-dən bu yana Qəzzada ölənlərin sayı 1320 nəfərə, yaralıların sayı isə 8818 nəfərə çatıb.

Həmçinin qeyd edək ki, Qəzza zolağında son 24 saatda daha 7 fələstinli aclıqdan ölüb və ölənlərin sayı 89-u uşaq olmaqla 154-ə çatıb.

Seçilən
16
xalqcebhesi.az

1Mənbələr