Ukrayna Təhlükəsizlik Xidmətinin TNT telekanalının direktoru Tina Kandelakinin axtarışda olduğunu elan etməsi absurddur.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
"Bu absurd, prinsipcə, bir şey olmasa da, şərh edilməməli idi. Onu 2022-ci ildə yenidən axtarışa verirlər. "Çerçez la femme" əməliyyatını Kiyev həyata keçirib", - deyə Zaxarova axtarış elanını ələ saldı.
Bildirilir ki, rusiyalı jurnalist hələ 2022-ci ilin martında axtarışa verilib. Həmin vaxt ona “ Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd” ittihamı irəli sürülüb.