AZ

“Həkimlərimizi tanıyın!” rubrikasında dr.Alşan Paşazadəni təqdim edirik

Hər bir valideyn üçün övladının sağlamlığı ən dəyərli arzudur. SİA xəbər verir ki, xüsusilə körpə yaşlarından başlayan sağlamlıq problemləri həm ailə, həm də həkim üçün həm emosional, həm də peşəkar baxımdan məsuliyyət tələb edir. Bu çətin, eyni zamanda şərəfli yolda pasiyentlərin sağlamlığına qovuşmasında uşaq cərrahlarının rolu danılmazdır. Dr. Alşan Paşazadə də bu missiyanı böyük peşəkarlıqla yerinə yetirən həkimlərdəndir.

Təhsil və ixtisaslaşma

Dr. Alşan Paşazadə 2013–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Hələ tələbəlik illərində Türkiyədə – Okmeydanı Eğitim və Araşdırma Xəstəxanasında təcili yardım və daxili xəstəliklər üzrə təcrübə keçib.

2019–2025-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahiyyəsi” ixtisası üzrə rezidentura təhsilini Mərkəzi Gömrük Hospitalının klinik bazasında tamamlayıb. Bu dövrdə Alşan həkim Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərovun kuratorluğu altında zəngin təcrübə qazanmış, müxtəlif uşaq cərrahi patologiyaların müalicəsində fəal iştirak etmişdir.

Fəaliyyət sahələri

Dr. Alşan Paşazadənin cərrahi fəaliyyəti geniş spektrli uşaq patologiyalarını əhatə edir: Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri (hidronefroz, vezikoureteral refluks, hipospadiya, epispadiya, kriptorxizm və s.), həzm sistemi anomaliyaları
(qida borusu atreziyası, traxeya-ezofageal fistula, bağırsaq atreziyaları, hirschsprung xəstəliyi, pilor darlığı və s.), qaraciyər və dalaq kistaları və təcili cərrahi hallar: invaginasiya, appendisit, yad cisim udulması, xaya/yumurtalıq burulmaları, boğulmuş qasıq yırtığı, uşaqlarda travmalar.

Təcrübə və nailiyyətlər

Dr. Alşan Paşazadə 2025-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi fəaliyyət göstərir. Həm akademik, həm də klinik təcrübəsini daima artırmaq məqsədilə çoxsaylı konfrans və təlimlərdə iştirak etmişdir. Belə ki, Alşan həkim 2022-ci illərdə “Uşaqlarda vezikoureteral refluks xəstəliyində yanaşı uroloji problemlər və xroniki qəbizliyin proqnoza təsiri” mövzusunda elmi iş yazıb, “Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda konfransda, 2023-cü ildə Avropa Pediatrik Cərrahlar Assosiasiyası tərəfindən təşkil olunmuş “Pediatrik Endoskopik Cərrahiyyə üzrə ustad dərsi və təlim”-də, 2024-cü ildə Azərbaycan FETAL Araşdırma Qrupu tərəfindən təşkil olunmuş “Cərrahi korreksiya olunan bilan gastrointestinal anomaliyalar” konfransında, 2025-ci ildə Azərbaycan Pediatriya Cəmiyyəti tərəfindən təşkil olunmuş “Uşaqlarda sidik yolları infeksiyalarının cərrahi səbəbləri” mövzusunda seminarında iştirak edib.

Məqsədi – uşaqlara sağlam gələcək bəxş etmək

Dr. Alşan Paşazadə üçün hər bir pasiyentin müalicəsi – sadəcə tibbi prosedur deyil, həm də xəstə uşaqlara sağlamlıq bəxş etmək, bir ailənin sevincinə səbəb olmaq deməkdir. Hər bir əməliyyat, hər bir müalicə prosesində o, uşaqların gələcəyini sağlam şəkildə təmin etməyi qarşısına məqsəd qoyur. Dr. Alşan Paşazadənin qəbuluna yazılmaq üçün: (012) 404-08-08. Həkim haqqında daha ətraflı məlumat üçün keçid edin: https://customshospital.az/alshan-pashazade

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

Seçilən
23
1
sia.az

2Mənbələr