"Microsoft"un mənfəəti 9 faiz atıb və şirkətin bazar dəyəri 4 trilyon dolları keçib.
Valyuta.az xəbər verir ki. "Microsoft"un səhmləri bazar bağlandıqdan sonra aparılan ticarətdə 9 faiz yüksəlib. Şirkətin "Azure" bulud xidmətləri və süni intellekt sahəsinə yatırımlarının təsiri ilə açıqlanan güclü dördüncü rüb nəticələri bazar gözləntilərini üstələyib. Bu artımla "Microsoft"un bazar dəyəri təxminən 4,1 trilyon dollara çatıb. Beləliklə, "Microsoft" "Nvidia"dan sonra 4 trilyon dollar həddini aşan ikinci ABŞ şirkəti olub.
Texnologiya nəhəngi səhmdar başına qazancını 3,65 dollar olaraq açıqlayıb (gözlənti: 3,37 dollar) və rüblük gəlirini 76,44 milyard dollar kimi göstərib (gözlənti: 73,81 milyard dollar). İllik müqayisədə gəlir 18 faiz artıb və bu, son üç ilin ən sürətli artımı olub. Xalis mənfəət isə 22,04 milyard dollardan 27,23 milyard dollara yüksəlib.
"Azure" və digər bulud xidmətləri 2025-ci maliyyə ili ərzində 75 milyard dollardan çox gəlir gətirib və illik əsasda 34 faiz artım göstərib. "Microsoft" ilk dəfə olaraq "Azure" gəlirlərini dollar ifadəsində açıqlayıb. 4-cü rübdə "Azure" gəliri 39 faiz artaraq "StreetAccount"un 34,4 faiz və "CNBC"nin 35,3 faiz proqnozlarını geridə qoyub. "Intelligent Cloud" bölməsi isə illik 26 faiz artımla 29,88 milyard dollar gəlir əldə edib.
"Microsoft"un səhmləri ilin əvvəlindən bu yana 22 faiz artaraq "S&P 500" indeksinin 8 faizlik qazancını qabaqlayıb. Səhmlərin qiyməti seans sonrası əməliyyatlarda 553 dolları keçərək, süni intellekt yönümlü bazar yüksəlişində "Nvidia" ilə birlikdə liderliyini davam etdirir. "Apple" isə 3,2 trilyon dollarlıq bazar dəyəri ilə geridə qalıb. 2025-ci ildə səhmləri 17 faiz dəyər itirən "Apple"ın süni intellekt yarışında geri qaldığına dair investor narahatlıqları davam edir.
Paşa Məmmədli