AZ

DGTYB "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsini həyata keçirir

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə icra olunur. DGTYB başqanı, şair -publisist İntiqam Yaşarın rəhbərliyi ilə icra olunan layihə çərçivəsində Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələr kitablaşdırılaraq çap olunacaq. İki dildə çapının həyata keçirilməsi planlaşdırılan kitabın Azərbaycanın paytaxtı Bakı şəhərində, Türkiyənin paytaxtı Ankara şəhərində və Özbəkistanın paytaxtı Daşkənd şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi mütəmadi olaraq Türk ölkə və topluluqlarındaTürk dünyası ilə bağlı beynəlxalq layihələr həyata keçirir.

Seçilən
19
1
turkustan.az

2Mənbələr