Bəzi ailələr maddi və sosial şərtlərə görə övladlarını dayənin yanında böyütmək məcburiyyətində qalır. Lakin bu hal uşaqlarda emosional boşluqlara səbəb ola bilər.
Psixoloq Aytən Ələkbərova dayə ilə böyüyən uşaqların hisslərini və bu situasiyanın psixoloji tərəflərini AzEdu.az-la bölüşüb.
Dayəylə böyüyən uşaqların uşaqlıq və yeniyetməlik dövrüm də daxil olmaqla, daim anasını istədiyini bildirib. "Anamı qucaqlamaq, onunla yatmaq arzum idi. Amma anam məni dayənin yanında qoyub gedirdi".
Doğru bilinən yanlışlar
“Bəzi psixoloqlar bu situasiyanı manipulyasiya edərə deyirlər ki, "uşaqlarda ana və ataya qarşı bağlılığı aradan qaldırmaq lazımdır ki, sən rahat yaşayasan" kimi yanaşma ilə təqdim edirlər. Mən bunun əleyhinəyəm”.
Dayənin rolu və təsiri
“Dayə ilə böyüyən uşaqlarda bəzən natiqlik və fikir ifadəetmə qabiliyyəti zəif ola bilər. Amma bu, psixoloq və metodik yanaşmalarla inkişaf etdirilə bilər.
Ən böyük tərbiyə etmə üsulu övladımızı dinləməkdir. Biz onları dinlədikcə, onlar da daha rahat danışırlar, düşüncələri formalaşır. Həmçinin dayə ilə böyüyən uşaqların müşahidə qabiliyyəti güclü olur.
Mənim dayəm alman idi. Ondan öyrəndiklərim anamda yox idi. Bu da bizim ünsiyyətimizə təsir edirdi. Amma sonradan anlayırsan ki, sən əslində həm ana, həm dayə qayğısı ilə naz-nemət içində böyümüsən”.