AZ

Bakıda idmançı faciəli şəkildə həlak oldu

"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun üzvü, gənc və perspektivli idmançı Ülviyyə Əhmədova faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) məlumat verilib.

"Ülviyyə klubumuzun fəal üzvlərindən biri idi. O, intizamı, müsbət xarakteri və idmana olan sevgisi ilə seçilirdi. Eyni zamanda ASCO-nun idman layihələrində fəal iştirak edib, müxtəlif uğurlar qazanıb. ASCO kollektivi adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" deyə ASCO-dan bildirilib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
31
5
xezernews.az

6Mənbələr