AZ

Təhsil krediti niyə əlçatan deyil? - ŞİKAYƏT

Təhsil krediti niyə əlçatan deyil? - ŞİKAYƏT

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən Təhsil Tələbə Krediti formalaşdırılıb.

AFN.az Milli.Az-a istinadən xəbər verir ki, qaydalardakı uyğunsuz tələblər bəzi vətəndaşlar üçün bu kreditləri əlçatmaz edib.

Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, o magistraturaya imtahan verib və ödənişli əsaslarla qəbul olub.

"Mənim qəbul olduğum ixtisasda 40-45 bal arası toplayanlar ödənişliyə düşüb, 45 baldan yuxarı toplayanlar isə ödənişsiz qəbul qazanıb. Mən də Təhsil Tələbə Krediti fonduna müraciət etdim, lakin müraciətimə imtina cavabı gəldi. Məlum oldu ki, bu krediti almaq üçün mən 50 balı keçməli idim. Bizim ixtisasda da 50 balı keçənlər onsuz da pulsuz da oxuyacaqlar. Onlar da kredit üçün müraciət edə bilməz, kreditə ehtiyacı olanlara da bu kredit verilmir".

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Emin Şeydayev açıqlama verərək bildirib ki, kreditlərin verilməsi bu qaydada olur ki, tələbənin sonuncu semestrdə ortalama balı min. 71 bal və illik təhsil haqqının 20 faizini tələbə özü universitetə ödəməlidir:

"Birinci kursun ilk semestrində tələbənin ortalama balı olmadığı üçün qəbul balına baxılır. Bu da magistrlar üçün 2 formadadır. Qabiliyyət tələb edən ixtisaslar üçün 30 bal, normal ixtisaslarda isə 50 baldır. Bu bütün ixtisaslar üçün keçərlidir. Həmin tələbə bu qəbul balı ilə Təhsil Tələbə Krediti ala bilməyəcək, əgər uyğun gələrsə, sosial növdə olan Təhsil Tələbə Krediti ala bilər. Bunun da şərti var ki, bunlardan biri tələbəyə aid olsa, sosial növdən yararlana bilər. Əgər sosial növdən yararlana bilmirsə, tələbə bu semestr kəsrsiz oxuyaraq ortalama balını 71+ edərsə, ikinci semestr üçün Təhsil Tələbə Kreditinə müraciət edə bilər. Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hər hansı ixtisasa görə dəyişmir. Yalnız qabiliyyət tələb edən ixtisaslarda qəbul balı 30 bal olaraq müəyyənləşdirilib. Bakalavrda da bu belədir. Normalda 250, qabiliyyət tələb edən ixtisaslarda isə 100 baldır".

Seçilən
12
2
afn.az

3Mənbələr