AZ

Lukaşenko: Rusiya Belarusun təhlükəsizlik zəmanətçisidir

Rusiya Belarusun təhlükəsizliyinin əsas təminatçısıdır.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O qeyd edib ki, xüsusilə hərbi sahədə Rusiya ilə əməkdaşlıq Belarus üçün həyati əhəmiyyət daşıyır.
"2020-ci ildə Belarus çətin vəziyyətdə olarkən Rusiya dəstək göstərməsəydi, bu gün Minsk NATO ilə birbaşa qarşıdurmaya qədər çata bilərdi. Adi silahlardan tutmuş nüvə silahlarına qədər bizə kömək etdilər. Buna görə də Rusiya bizim üçün təhlükəsizlik zəmanətidir", – Prezident vurğulayıb.
Seçilən
10
sherg.az

1Mənbələr