AZ

Ukrayna parlamentində Zelenskiyə sərt mesaj: Sonun çatdı

BAKI, 31 iyul. TELEQRAF

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko parlamentdə Prezident Volodimir Zelenskini sərt tənqid edib.

Teleqraf xəbər verir ki, o, “Ze End” (Son – red.) yazılmış lövhə ilə tribunaya çıxıb və Zelenskini Şimali Koreya lideri Kim Çen Inla müqayisə edən açıqlama verib.

Qonçarenko prezidenti tənqid edərək, onun administrasiyasını korrupsiyaya qarşı mübarizə qurumlarına, xüsusən də Ukrayna Milli Antikorrupsiya İdarəsinə təzyiq göstərməkdə ittiham edib.

“Ze End” yazısı, deputatın fikrincə, Zelenskinin siyasi sonunu simvolizə edir.

Deputat çıxışının sonunda Ukrayna prezidentini ikinci müddətindən imtina etməyə çağırıb.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr