AZ

Dünyanın “ən yaşlı körpəsi” 31 yaşında doğuldu - FOTO

ABŞ-nin Ohayo ştatında qeydə alınan doğuş tibb dünyasında maraqla qarşılanıb. 31 il əvvəl – 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələn Taddeus Daniel Piers adlı körpə, “dünyanın ən yaşlı embrionundan doğulan körpə” adlandırılıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Lindsey və Tim Piers cütlüyü uzun illər övlad sahibi olmaq üçün mübarizə aparıb.

 

Nəhayət, 2024-cü ilin noyabrında onlar xüsusi proqram vasitəsilə 1994-cü ildən bu yana dondurulmuş vəziyyətdə saxlanılan embrionu transfer etdiriblər. Körpənin bioloji anası Linda Arçerd həmin dövrdə süni mayalanma ilə bir qız övladı dünyaya gətirdikdən sonra digər dörd embrionunu donduraraq bağışlamışdı.


Hazırda 62 yaşı olan Linda Arçerd bu hadisəni “möcüzə” kimi qiymətləndirərək bildirib:

 

“Bu embrionun 31 ildən sonra doğulması inanılmazdır. Həm elmi, həm də emosional baxımdan bu, çox özəl hadisədir”.


Proqram çərçivəsində Piers ailəsi tərəfindən övladlığa götürülən embrionun transfer olunduğu dövrdə nə Lindsey, nə də Tim ibtidai məktəb yaşında belə deyildi. Cütlük qeyd edib ki, onların məqsədi sadəcə bir körpə sahibi olmaq olub və rekord qıracaqlarını düşünməyiblər. Ana Lindsey Piers “MIT Technology Review”a açıqlamasında bildirib:

 

“Çətin bir doğuş idi, amma ikimiz də sağ-salamatıq. Hələ də bu möcüzəyə inana bilmirik”.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
38
1
sfera.az

2Mənbələr