Dünyaca məşhur opera müğənnisi Paata Burçuladze bəyan edib ki, 4 oktyabr saat 16:00-da Tbilisinin Respublika Meydanında Milli Yığıncaq keçiriləcək.
Gürcüstan mətbuatı xəbər verir ki, o, bununla bağlı Tbilisidə Hökumət Administrasiyasının qarşısında tanınmış ictimai xadimlərlə birgə çıxış edərək deyib ki, 4 oktyabr İvanişvilinin sülh yolu ilə devrilmə günü elan olunur. Bu, sadəcə bir etiraz tarixi deyil, tarixi qələbə günü olacaq.
Qeyd edək ki, 4 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.
Cavid