Xorvatiya mətbuatı bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Hayduk” – “Zirə” matçı üçün meydan sahiblərinin start heyətiylə bağlı bilgi yayıb.
“Football-plus.az” xəbər verir ki, “index.hr” saytı “dəniz ustaları”nın ilk “11-liy”ində yer alacaq 5 futbolçunun adını açıqlayıb. Adı çəkilən media qurumunun iddiasına inansaq, “Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya qapıya yenə İvitsa İvuşiçə güvənəcək. Müdafiənin sol cinahında Şimun Hrqoviç, mərkəzində Branimir Mlaçiçlə Zvonimir Şarliya, sağ cinahında isə Fran Karaçiç yer alacaq.
Maraq üçün xatırladaq ki, Xorvatiya mətbuatı komandalar arasında keçirilən ilk oyundan əvvəl də “Hayduk”un start heyətini ifşa etmiş, bu üzdən klub daxilində satqınların olduğu iddia edilmişdi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta