AZ

“Qarabağ” - “Şkendiya”: hakim təyinatları açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya qarşı keçirəcəyi oyunlar üçün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Şimali Makedoniya komandalarının Skopyedə baş tutacaq ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşması isə Niderlanddan olan hakimlər briqadasına həvalə olunub.

“Qrabağ”ın səfər matçının baş hakimi İvan Kruzlyak olacaq. Ona yan xətt hakimləri Branislav Hançko, Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mixal Oçenaş, AVAR hakimi isə Boris Marhefka olacaqlar.

Bakıda baş tutacaq cavab görüşünü isə Danni Makkelie idarə edəcək. Onun köməkçiləri Hessel Steeqstra və Yan de Vries olacaqlar. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. Bu qarşılaşmanın VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaqlar.

Qeyd edək ki, komandalar arasında avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20:00-da başlayacaq.

Seçilən
46
10
arena.az

10Mənbələr