BAKI, 31 iyul. TELEQRAF
Ukrayna parlamenti (Ali Rada) 2025-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib.
Teleqraf xəbər verir ki, qanun layihəsini 332 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Bu dəyişikliklərə əsasən, Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün əlavə 9,8 milyard dollar ayrılacaq.
Sənəd təcili qaydada qəbul edilib və son oxunuşdan keçib.
İndi onu Ali Rada sədri Ruslan Stefançuk və daha sonra Prezident Volodimir Zelenski imzalamalıdır.