Ukrayna Ali Radası Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun səlahiyyətlərinin bərpasına səs verib.
APA UNIAN-a istinadən xəbər verir ki, Prezident Volodimir Zelenskinin müvafiq təklifi qəbul edilib.
Sənədin lehinə 331 deputat səs verib.