Səudiyyə Ərəbistanının Ət-Taif şəhəri yaxınlığındakı Hada bölgəsində yerləşən "Green Mountain Park" əyləncə mərkəzində "360 dərəcə" adlı attraksion çöküb...
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Khaleej Times" nəşri məlumat verib.
Məlumata görə, qəza nəticəsində ən azı 23 nəfər xəsarət alıb.
Bununla bağlı yayılan videokadrlarda attraksionun sözün əsl mənasında yarıya bölündüyü və sərnişinlərin olduğu kabinənin düşdüyü əks olunub.
Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzisinin vəziyyəti kritikdir.
Poliqon.info