“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in (Yunanıstan) it dişləyən futbolçu Karles Peresin son durumu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Cinsiyyət orqanından xəsarət alan ispan futbolçuya 6 tikiş qoyulub və onun müalicəsi özəl xəstəxanada aparılır.
“Aris” bu gün “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüşə saat 22:15-də start veriləcək. Komandalar arasındakı ilk matçda “Araz-Naxçıvan” qələbə qazanıb – 2:1.