Bu ilin yanvar-iyun aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 93,4 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
Bildirilib ki, cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 19,6 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 17 faiz, cari ilin may ayına nisbətdə isə 9,5 faiz çoxdur.
İyun ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıaralaması belədir:
Qazaxıstan – 9 946
Özbəkistan – 5 093
Türkmənistan – 2 770
Qırğızıstan – 998
Tacikistan – 857