“Football-plus.az” xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumatı yayıb. Həmkarlarımızın əldə etdiyi bilgiyə görə, 18 yaşlı futbolçu ayağından və diz qapağından zədə alıb. Onun Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Zirə”yə qarşı oynayaya bilməyəcəyi dəqiqləşib.
Ümumiyyətlə, Marino azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. “İndex.hr” Skelinin yoxluğunun mümkün fəsadlarını belə şərh edib:
“Marinonun zədələnməsi “Hayduk”un arxa xəttində vəziyyəti xeyli qəlizləşdirir. İndi bu mövqe üçün baş məşqçi Qonsalo Qarsiyanın sərəncamında yalnız Zvonimir Şarliya və Branimir Mlaçiç var. Mlaçiçə şans verilsə, “Hayduk”da rəsmi debüt etmiş olacaq. Digər müdafiəçilərdən Filip Uremoviçlə müqavilə imzalansa da, futbolçu hələ Yaponiyadadı. Şübhəsiz, “Zirə”yə qarşı oynamayacaq. Yeni transfer Ron Raçinin cavab matçında iştirakına isə qaydalar icazə vermir. Belədə “Hayduk”un çıxılmaz vəziyyətdə olduğunu deyə bilərik. Yenə də həftələrlə virusla mübarizə aparan İsmail Diallo, ötən ilin fevralından bəri rəsmi matçda meydana çıxmayan Mihael Japer, həmçinin Fran Karaçiç və Dario Melnyak kimi alternativlər var. Çox güman, Qarsiya start heyətində Şarliya ilə Mlaçiçə şans verəcək”.
Xatırladaq ki, Splitdə keçiriləcək “Hayduk” – “Zirə” oyunu bu gün saat 23.00-da başlayacaq.KƏNAN BAHADIR