“Ermənistan qanunvericiliyində hərbi xidmətə məhdud yararlı hesab olunan şəxslərin orduya çağırılması kimi ciddi problem var. Bəzi hallarda sağlamlığında ciddi problemləri olanlar da hərbi xidmətə göndərilir”.
APA “Sputnik-Armenia”ya istinadən xəbər verirki, bunu ölkənin insan hüquqları üzrə müvəkkli Anait Manasyan deyib.
Onun fikrincə, qanunvericilik bu kateqoriyadan olan şəxslərin hansı hallarda orduya cəlb olunmasını müəyyən edir: “Mən bu barədə mövqeyimi periodik olaraq ifadə etmişəm. Bu məsələ təkcə vətəndaşlar üçün deyil, orduda da ciddi çətinliklərə səbəb olur”.
Xatırladaq ki, bir qədər əvvəl mətbuatda Ermənistanda ürək qan-damar xəstəliyindən əziyyət çəkən 18 yaşlı Avetik Matevosyanın hərbi xidmətə göndərildiyi və son bir ayı hərbi hospitalda müalicə adığı barədə xəbərlər yayılıb.