Suriyanın Keçid Hökumətində Müdafiə Nazirliyinin rəhbəri Murhaf Əbu Kasra rəsmi səfərlə Rusiyaya gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində rusiyalı həmkarı Andrey Belousovla görüşü və bir sıra ümumi məsələlərin müzakirəsi planlaşdırılır.