Türkiyə pulunun keçmədiyi heç yerdə konsert vermək istəmirəm. Mənə əsəbləşməyin, anlayış göstərin. Mənə də dərs oldu. Azərbaycandan sonra Avropada da konsertlərim olacaqdı. Onları da ləğv edirəm.
Sitat.info xəbər verir ki, bu sözləri məşhur türkiyəli müğənni Rza Tamer özünün sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Konsertin keçiriləcəyi “Bihter” restoranının rəhbərliyindən saytımıza verilən açıqlamada müğənninin sözügedən açıqlamasını Türkiyəyə qayıdandan sonra paylaşdığı bildirilib:
“Dünən saat 4-də onu şəxsən hava limanında qarşılamışam. Axşam da çox məşhur restoranlardan birində oturmuşuq. Bizə dedi ki, mən otelə gedirəm. Qəfil çantasını yığıb, çıxıb. Mənə xəbər verdilər ki, hava limanına gedir. Onun arxasınca hava limanına getdim. Mənə elə hava limanında dedi ki, burada Türkiyə pulu keçmir, biz bir-birimizə qardaş deyirik, can deyirik, burada konsert vermək istəmirəm”.
Qeyd olunub ki, hazırda müğənninin menecerləriylə danışıq gedir. Konsertin baş tutub tutmayacağı məlum deyil