Ohayoda Thaddeus Daniel Pierce adlı oğlan uşağı, 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələrək rekord qırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lindsey və Tim Pirsin körpəsi, 26 iyulda doğulub. Embrion, 1990-cı illərdə Linda Archerd və o vaxtkı həyat yoldaşı üçün IVF müalicəsi ilə yaradılıb, ancaq sonradan 62 yaşlı Archerdin nəzarətində olan embrionlar ianə proqramına daxil edilib.
IVF texnologiyasının ilk uğurlu doğuşu 1978-ci ildə İngiltərədə baş verib. Thaddeusun hekayəsi isə texnologiya və insan ümidinin birləşdiyi yeni bir möcüzə olaraq diqqət çəkib.