Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada dövlətini təhdid edib. Ottava Fələstini dövlət kimi tanıyarsa, ABŞ ilə tarif razılaşması imzalanmaya bilər.
Trampın bəyanatında deyilir: "Kanada Fələstin dövlətini tanıyacağını bəyan edib. Belə olan halda onlarla ticarət sövdələşməsi imzalamaq çox ağır olacaq. Ah, Kanada!"
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni ölkə rəhbərliyinin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımağa hazırlaşdığını bu gün bəyan edib.
Böyük Britaniya və Fransa rəhbərlikləri də bu fikirdə olduqlarını bildiriblər.
Hürr Tərcüman