“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunda könüllü qanvermə aksiyası elan olunub.
aia.az xəbər verir ki, talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan toplamaq məqsədilə keçirilən aksiyada Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun kollektivləri iştirak edəcəklər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlığını yoxladıqdan sonra qan götürüləcək. Toplanılan qandan ehtiyacı olan xəstələrin müalicəsi üçün istifadə ediləcək.